Şou-biznes

"Deyəcəklər, acından ölür deyə toy mahnısı oxuyur" - VİDEO - FOTO

25 Noyabr 2016 14:07
4 Şərh     Baxış: 2 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin efirində yayımlanan "Gəlin danışaq" verilişinin qonağı olan müğənni İlhamə Qasımova maraqlı açıqlamalar verib.

"Bir neçə ildir, toylara getmirəm. Gedirəm, amma şərtlərim var. Dəvət olanda ancaq öz repertuarımı oxuyuramsa, gedirəm. Soruşurlar ki, canlı çalğıçılarla oxumaq mümkündürmü? Deyirəm ki, mən onu bacarmıram. Əlbəttə, məşq eləsəm, bacararam. Mənim sahəm deyil o. Mən xalq mahnılarımızı sevirəm. Onları öyrənib oxuya bilərəm, amma adam qorxur. Çünki bir veriliş olmuşdu və orada bir estrada-vokal növündə oxuyan müğənnimiz maraqlı və şən formada 6-8 ritmlik bir mahnı ifa etdi. Amma üzünə deyib-gülən müğənnilər onun arxasından dedilər ki, "bu da acından ölür, özünü reklam edir, toy tutmaq istəyir". Mən də qorxdum ki, deyəcəklər, acından ölür deyə toy mahnısı oxuyur".

Videonu izləmək üçün şəklə klikləyin:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.