Şou-biznes

Türkiyədə Üzeyirin mahnısı üstündə dava - "İki il əvvəl mənə satıb..." - VİDEO

25 Noyabr 2016 13:04
17 Şərh     Baxış: 18 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə Seda Sayanın sevgilisi, "Erco" musiqi şirkətinin rəhbəri Erkan Çelik ilə Sinan Özen arasında böyük qalmaqal yaşanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Sinan 7 il sonra "Bambaşka" adlı albom çıxarıb.

Albomda "Dur gitme" adlı mahnı azərbaycanlı ifaçı Üzeyir Mehdizadənin ifa etdiyi "Yaxşı olar"ın plagiatıdır.

S. Özen albomunda özünü musiqi parçasının müəllifi kimi qeyd edib.

Erkan Çelik isə mahnını iki il əvvəl aldığını, Türkiyədə mahnının hüquqlarının ona aid olduğunu söyləyib.

O, sahib olduğu musiqi şirkətinin solisti Sevcan Dalkıranın həmin mahnını ifa etdiyini söyləyib:

"Mahnını iki il əvvəl almışam, bütün hüquqlar mənə aiddir. Keçdiyimiz aylarda şirkətimizin solisti, həmin mahnını "Ay balam" adıyla ifa edib. Bəstə Üzeyir Mehdizadəyə məxsusdur. Sinan "Erco" adlı şirkətimizdən icazə almayıb, mahnını albomuna daxil edib. Təbii ki, qanun qarşısında cavab verəcək".

"Qafqazinfo" məsələ ilə bağlı Üzeyir Mehdizadə ilə əlaqə saxlayıb.

Müğənninin köməkçisi Nicat İsmayıloğlu mahnının Türkiyə musiqi şirkətinə satılması barədə yayılan xəbərləri təsdiq edib:

"Doğrudur, mahnı iki il əvvəl Türkiyə şirkətinə satılıb. Mahnının hüququ bir müddətlik onlara verilib. Bu işlərlə həmin ölkə üzrə əməkdaşımız məşğul olub. Çünki Üzeyirin Azərbaycan və xarici ölkələr üzrə işlərini başqa-başqa insanlar görürlər".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Üzeyir Mehdizade - Yaxsi Olar ( Original Mix )

Sinan Özen - Dur Gitme (Official Lyric Video)

Sevcan Dalkıran - Ay Balam

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.