Şou-biznes

Flora Kərimova ağladı: "Qazanı mənim sayəmdə qaynayırdı" - VİDEO - FOTO

24 Noyabr 2016 17:37
6 Şərh     Baxış: 9 207
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin efirində yayımlanan "Evgördü" verilişinin qonağı olan xalq artisti Flora Kərimova maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, danışarkən göz yaşlarını saxlaya bilməyən xalq artisti həsrət çəkdiyini vurğulayıb: "Oğlum Almaniya, qızım isə İngiltərədə yaşayır. Oğlumun yanına 1 dəfə getmişəm. Qızım isə artıq 9 ildir oradadır. Hələ getməmişəm yanına. Nəvələrim də onlarladır. Çox darıxıram. Nəvələrim mənsiz böyüyür. Övladlarım mənsiz yaşa doyur. Hər səhər, ümumiyyətlə, hər gün qızımla danışıram. Nə etdiklərimizi bir-birimizə deyirik. Çox həsrət çəkirəm. Oğlumla da danışıram. Qürbətdə olanda insan qəribliyi hiss edəndə hər şeyi düşünür. Adi gündəlik həyatımızda nə var hamısını bir-birimizə deyirik".

Daha sonra Flora Kərimova kimsəsiz və imkansız şəxslərdən danışıb: "Yağış yağanda mən kimsəsizləri düşünürəm. Evsizləri, bir küncə qısılanları. Onları bir yerə toplayıb, böyük bir bina tikmək istəyirəm. Oğlumla əvvəllər kimsəsizlərə çox kömək edirdik. O vaxtlar rahat yatırdım ki, kiməsə kömək edə bildim, kiminsə qazanı mənim sayəmdə qaynayırdı. Bəlkə də ona görə yaxşı oxuyuram. Öz dərdimə oxumuram, öz dərdim yadıma düşmür. Bircə övladlarımın nisgili üzür məni".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Flora Kərimova ağladı:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.