Şou-biznes

"Elə bir mühitə düşdüm ki, qayınanam məni anlamadı" - FOTO

23 Noyabr 2016 16:14
16 Şərh     Baxış: 6 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az aparıcı Mətanət Əliverdiyevanın ATV.az-a müsahibəsini təqdim edir.

- 20 il öncəki Mətanətlə indiki Mətanət arasında yaşdan başqa nə fərq var?

- Çox yaxşı sualdır. Bu illər tək Mətanətin yaşını yox, həm də özünü dəyişdi. 21 illdir ki, mətbuatda çalışıram. Bu sahədə çox bişdim, insanları yaxşı tanıdım. İllər özünü göstərir. Mənim üçün hər ilin öz hökmü oldu. Sevinirəm ki, bu illər ərzində mən ayaqüstə tək dayanmağı bacardım, mübarizliyi öyrəndim.

 - Həyatınızda baş verən hansı hadisənin hələ də peşmançılığını yaşayırsınız?

- Mən heç vaxt, heç nəyin peşmançılığını çəkmirəm. Təkrarlanmasın deyə olanlardan nəticə çıxarıram. Həyatda insanın başına hər bir iş gələ bilər. Mən oturub hər hadisənin peşmançılığın çəksəm, daha nə oldu? O zaman məndən Mətanət olmaz ki.

- İnsan hamı üçün yaxşı ola bilərmi? 

- Olur, o qədər yaxşılıq edirsən, gözə görünmür. O qədər yaxşılığın içində ancaq sənin pis cəhətini axtarılar. Mənim elə insanlara yazığım gəlir. Elə insanları ətrafımdan silirəm. Onlar diriykən ölü insanlardır. 

 - Həm xəbər sahəsində, həm də şou sahəsindəsiniz. Hansı sizə daha rahatdır?

- Əslində, rahat heç bir iş yoxdur. Hər bir işin çətinliyi var. Əgər mən iki sahənin ikisini də peşəkar bacarıramsa, bu, mənim zəhmətimin nəticəsidir. Xəbər çatdırmaq, bu, asan iş deyil. Gərək xəbəri birinci özün hiss edəsən ki, sonra tamaşaçıya çatdıra biləsən. Hər iksinin özünün ayrı yolu var.

 - Hazırda gəlinlərlə bağlı veriliş aparırsınız. Özünüzün qayınana olmaq fikiriniz var?

- Mənim də hər bir valideyin kimi arzumdu övlad toyu görmək. Amma mən oğlumdan bu barədə soruşanda deyir ki, hələ tezdir, 3-4 ildən sonra evlənəcəm. 

 - Ana ilə qayınanın fərqini nədə görürsüz?

- Mənim aləmimdə qayınana gəlininə böyük bir yer verməlidir. 1-2 il ərzində yad insanlar bir-birinin xasiyyətini tanıya bilməz. Qayınana öz oğlunun xasiyyətini bilir, amma yad qızın yox. Ona görə qayınana öz böyüklüyünü göstərməli, evdə elə bir mühit yaratmalıdır ki, gəlin o evə alışsın. Mən özüm erkən yaşımda ailə həyatı qurdum və mən elə bir mühitə düşdüm ki, qayınanam məni anlamadı.

 - Qayınana gəlininə ana olmağı bacara bilər?

- Əgər istəsə, bacara bilər. Mən öz gəlinimlə elə olacam ki, gəlinin öz evi yadına düşməyəcək. O, öz rahatlığını mənim evimdə tapacaq. Mən onunla gəlin-qayınana yox, ana-bala münasibətində olacam. 

 - Qadınlarla dostluq etməməyinizin səbəbi nədir?

- Xanımlarla salam-sağ ol münasibətindəyəm. Təcrübədən gedir söhbət. Kimi özünə yaxın bilirsən, istəyirsən rəfiqəlik edəsən, amma sənin ona dediyin sirri orada-burada danışır. Amma kişiyə söz deyirsən, gedib sənin sirrini kişilərə danışası deyil ki...

 - Sosial şəbəklərədən istifadə etməməyinizin səbəbi nədir?

- Mən sosial şəbəkələrdən istifadə etməyi sevmirəm. Heç gələcəkdə də istifadə etmək fikirim yoxdur. Buna nə vaxtım yoxdu, nə də həvəsim. Votsapdan istifadə edirəm, mənə bəs edir. 

- Qocalmaqdan qorxursunuz?

- Yox. Hər yaşın öz gözəlliyi var. İnsan yaşlandıqca daha gözəl olur. Əslində, insanın ruhu cavan olmalıdır. Ruhun cavandırsa, sən hər yaşda cavan və pozitiv olacaqsan. Məni görənlər deyirlər ki, sənə 20-dən artıq yaş vermək olmur. 

 - Aktrisalıq, aparıcılıq... Başqa  hansı bacarığınız var ki, xəbərimiz yoxdu?

- Mənim hələ üzə çıxmayan istedadlarım çoxdur (gülür). Zamanla hamısı bir-bir üzə çıxacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.