Şou-biznes

Türkiyəli məşhurlar Bakıda təqdimata qatıldılar - FOTOlar

23 Noyabr 2016 11:30
0 Şərh     Baxış: 1 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nizami Kino Mərkəzində "Türk Filimləri Həftəsi-Bakı"nın açılış mərasimi keçirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, tədbirdə türkiyəli aktyorlar Meral Konrat, Sarp Levendoğlu, Emre Kızılırmak qonaq olublar. 

Meral Konrat media nümayəndələrinin suallarını cavablandırıb. O bildirib ki, yenidən Azərbaycana gəlməkdən qürur duyur:

"Hər zaman deyirəm ki, mənim ikinci vətənim Azərbaycandır. Ona görə də buranı çox sevirəm. Türk filmləri həftəsi olduğu üçün də dəvəti qəbul etdim. Aktyor dostum Sarpın da filmi nümayiş olunacaq. Eyni zamanda da ona dəstək olmaq üçün buradayım".

Gecənin qonaqları arasında millət vəkili Qənirə Paşayeva, şair Sabir Rüstəmxanlı və xanımı Tənzilə Rüstəmxanlı, xalq artisti Azərin, əməkdar artist Mehriban Zəki, eləcə də Türkiyə səfirliyinin nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi hissəsindən sonra "Kalandar Soğuğu" bədii filmi nümayiş olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.