Şou-biznes

Müğənni Sevda şirniyyat satır

22 Noyabr 2016 17:13
10 Şərh     Baxış: 6 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Sevda Sanəliyeva şirniyyat satışı ilə məşğul olur.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "Hər şey daxil" verilişində bildirib ki, şirniyyatları özü hazırlayır: 

"Onlayn satış İnstaqram üzərində aparılır. Hələ mağazam yoxdur. Sifariş çoxalandan sonra mağaza açacam".

S.Sanəliyeva aparıcıların "Həyat yoldaşınızın sizdən əvvəl ailəsi olub, övladları var. Ərini uşaqları ilə görüşməyə qoymursan" sualına belə cavab verib:

"Bu haqda danışmağa həyat yoldaşım icazə vermir. Mən elə insan deyiləm, elə qadağa qoymaram. Çünki mən də atasız böyümüşəm".

Qeyd edək ki, S.Sanəliyevanın ikinci həyat yoldaşı Cəmilin keçmiş qayınanası açıqlama verərək, qızının boşanmasına ifaçının səbəb olduğunu bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.