Şou-biznes

Samira: "Madonna və Riannanı bəyənmirəm"

22 Noyabr 2016 14:04
7 Şərh     Baxış: 1 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Samira Allahverdi son günlər geyim tərzində etdiyi dəyişikliklərlə diqqət çəkib. 

Axşam.az-a açıqlama verən sənətçi daha qlamur libaslardan istifadə etdiyini deyib:

"İnsanın hər yaş dövründə bir dəyişiklik olur. Mənim də bu yaşımda belə dəyişiklik oldu. Makiyajımı özüm edirəm, anadangəlmə saç rəngimə qayıtmışam. Madonna illərdir səhnədədir, amma heç vaxt öz stilini tapa bilmirdi. Son dövrlər qlamur olub, daha gözəl görünür".

Samirə dünya ulduzu Madonnanı bəyənmədiyini söyləyib:

"Madonnanı bir aktrisa və qlamur xanım kimi qəbul edirəm. Amma onu müğənni kimi qəbul etmirəm, bəyənmirəm. Mənim onun sənətindən öyrənəcəyim heç nə yoxdur. Bu fikirlərimə görə məni qınayacaqlar. Amma sənətdən başı çıxan bilir ki, Madonnanın səsi yoxdur, müğənni deyil. Riannanı da bəyənmirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.