Şou-biznes

Cavanşir Məmmədovun qızı məşhur türk aktyora ərə getdi

21 Noyabr 2016 15:57
47 Şərh     Baxış: 29 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türk aktyor Arif Selçuk əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova ilə evlənib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, Antalyada nikah salonunda xoşbəxtliklərinə imza atan cütlük sadə bir mərasimlə ailə qurub. Qohum və sevənlərinin iştirak etdiyi nikah mərasimindən sonra cütlük sevənləri ilə bir araya gəlib.

Hataya azərbaycanlı gəlin gətirən Arif Selçuk "İki dövlət, bir millət" prinsipini müdafiə etdiyini ifadə edib:

"Azərbaycan insanının qonaqpərvərliyi, mədəniyyəti bizə çox bənzəyir. Azərbaycanın ən sevilən sənətçisi Cavanşir Məmmədovun kürəkəni olmaqdan son dərəcə qürur duydum. İnsanlarımızın qonaqpərvərliyini, bir yerdə yaşamaq mədəniyyətimizi, yerli yeməklərimizi və xüsusilə də künefeni çox sevdilər". 

Arif Selçuk aktyorluğa 2007-ci ildə "Asi" serialı ilə başlayıb. Aktyor müxtəlif teatr, serial və kino filmlərdə rol alıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.