Şou-biznes

Natavanın toyu olacaq - VİDEO

21 Noyabr 2016 11:44
11 Şərh     Baxış: 6 178
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Natavan Həbibi toya hazırlaşır. 

Axşam.az-ın məlumatına görə, bu haqda prodüser Tarix Əliyev (Tolik) "ATV maqazin onlarla" verilişinə açıqlamasında deyib. 

O bildirib ki, toyun təşkilatçılığı ona həvalə edilib:

"Natavanın xeyir işi olacağını Türkiyədə öyrənmişdim. Toy üçün sürprizlər hazırlayırıq. Natavan istəyirdi ki, mediaya qapalı olsun. Amma dedim ki, elə zəmanədə yaşayırıq ki, hamı fotoları İnstaqram-da yayacaq. Ən yaxşısı jurnalistləri çağır, gəlib xoş günündə yanında olsunlar".

Tolik xalq artisti Aygün Kazımova ilə N.Həbibini toyda bir araya gətirməyi planlaşdırdığını deyib:

"Bir də gördünüz, toya Aygün Kazımova ilə birlikdə getdik".

Qeyd edək ki, N.Həbibinin nişanı ötən ayın sonunda olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Natavanın toyu olacaq

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.