Şou-biznes

"Mənə görə həkimlərə mindən çox zəng gəlir" - VİDEO - FOTO

19 Noyabr 2016 14:50
2 Şərh     Baxış: 5 287
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ARB Ulduz"da yayımlanan "Şou məkan" verilişinin bu dəfəki qonağı müğənni Səyyad Əlizadə olub.

Milli.Az xəbər verir ki, xəstəxanada olduğu vaxt odlu-alovlu çıxışlar edən müğənni yalan məlumatlar yayan insanlara etiraz etməklə söhbətə başlayıb:

"Bütün sahələrdə peşəkar və qeyri-peşəkar insanlar çalışır. Haqqımda olan şayiələri hər zaman eşitmişəm. Hətta 2012-ci ilin noyabr ayında da belə bir şayiə yayılmışdı. Mən insanam da, insanlar xəstələnə bilirlər. Saytlar heç bir əsas olmadan lazımsız sözlər yayıblar. Mən onlara səslənirəm ki, belə etməsinlər".

Müğənni xəstəxanada olduğu vaxt dost-tanışın, yaxın qohum-əqrabanın kifayət qədər narahatlıq keçirdiyini dilə gətirdi.

"Təbii ki, məni sevən insanlar çox narahat olub. Gün ərzində mindən çox zəng gəlirdi, mən zənglərə cavab vermirdim. Orada həkim dedi ki, "mənə zənglər olunur. Sizin haqqınızda məlumat istəyirlər". Dedim ki, həkim, mənim haqqımda heç bir məlumat verməyin. Mən istəməmişəm sənətdən kənar nəyisə kimsə bilsin. İnsan xəstələnər də, nə olsun ki".

- Sevənləriniz səhhətinizlə bağlı hələ də narahatdırlar. Bəs, indi özünüzü necə hiss edirsiz?

 -Mən özümü yaxşı hiss etməsəm, bura gələ bilməzdim. Yaxşıyam. Ancaq müalicə sonadək davam etməlidir".

- Səyyad müəllim, xəstəxanada olduğunuz zaman elə bir yaxın dostunuz və ya tanışınız oldumu ki, zəngini gözlədiz, ancaq ondan xəbər çıxmadı.

- Müğənni dostlarım gəldilər, yoxladılar, çox narahat idilər. Bu günədək də zəng edirlər. Hərdən təsirlənəndə mən şeir yazıram. Beynimdə bir beyt yaranıb.

Ürəkləri daş, dəmir, taxta dostlarım,

Əzəldən saxtaymışsız, saxta dostlarım.

Sən demə, insan çətinliyə düşəndə çox şey ortaya çıxır. Kimin kim olduğunu daha yaxşı bilirsən".

- Bəs, bundan sonra qırılan ipləri yenidən bərpa edəcəksiz, yoxsa həmin insanlarla münasibətlərinizə artıq son qoymusuz?

- Mən də onların münasibətinə cavab olaraq, biganə yanaşacam. Deməli, bu adam bir dəfə zəng etməyib.

- Səyyad müəllim, yolunuz bir də heç vaxt xəstəxanadan düşməsin. Bu məsələni burada yekunlaşdırıb, keçək yaradıcılığınıza.

- Mən artıq albomu bitirmişəm. Hələ adlandırılmayıb. Onun çapı gözlənilir. Klip çəkdirməyi düşünürəm. Bir də ARB kanalı ilə "Qəhrəman Şuşam" adlı qəhrəmanlıq mövzusunda klipimiz çəkilməlidir.

Qeyd edək ki ,  "ARB Ulduz"  kanalına  Azərspace 1 peykində  11024 Tezliyində ,  Polyarizasiya: (V), FEC 5:6,  Symbol rate: 12698 izləyə bilərsiniz.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.