Şou-biznes

"Biznesim yoxdur, gəlirim ancaq toylardandır"

18 Noyabr 2016 17:27
7 Şərh     Baxış: 3 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazancımın çoxunu mahnılarıma xərcləyirəm. Yaradıcılıq dövrümdə əldə etdiyim hər şeyi mahnılarıma yatırmışam. Minə yaxın mahnım var. Hər müğənni bu qədər mahnıya pul vermir.

Milli.Az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib. 

Müğənni bildirib ki, əlavə qazanc yeri, biznesi yoxdur:

"Qazancım ancaq toylardandır. Gəlirimin bir hissəsini mahnıya, yarısını geyimlərimə verirəm. Qalanını isə evimin xərcinə ayırıram. Səhnə geyiminə xüsusi diqqət yetirirəm, hamısı gözəl olmalıdır. Məhərrəm ayında bəzi ifaçılar bizneslərindən gələn gəlirlə dolanırlar. Məndə isə belə bir şey yoxdur. Qazancımdan ayırıb özümə dəmdəsgah qurmadım. Mənim var-dövlətim mahnılarımdır. Əlavə biznesin, gəlir yerinin olması yaxşıdır. Amma mən bunu etmədiyimə görə peşman da deyiləm.

Toyların olmamasından istifadə edib, valideynlərimə vaxt ayırıram. Bir də studiyada mahnılar yazdırıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.