Şou-biznes

Brillianta mesaj verdi: "Öpərəm də, qucaqlayaram da, yanağından dişləyərəm də"

13 Noyabr 2016 14:22
9 Şərh     Baxış: 6 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Nisə Qasımova 7 ildir küsülü olduğu həmkarı Brilliant Dadaşovaya barışıq addımı atıb. 

Axşam.az-ın məlumatına görə, müğənni bu haqda "Xəzər maqazin"ə açıqlamasında deyib. 

N.Qasımova bildirib ki, bundan sonra kimləsə küsülü qalmaq istəmir:

"Ömür boyu ürəyimi, əllərimi barış üçün açmışam. Bilmirəm, niyə müğənnilər arasında dostluq olmur? Bəlkə, həyatımın elə çağıdır ki, heç kimlə küsülü qalmaq, kimisə itirmək istəmirəm. O mənə "salam" versə, onu öpərəm də, qucaqlayaram da, yanağından dişləyərəm də... Səni ölməyəsən, sənətin bundan da yüksək olsun. Bizim küsüb-barışmağımızın mahiyyəti var. Biz barışsaq, ömürlük olacaq, bir-birimizin arxasınca danışmayacağıq".

Küsülü olmalarının səbəbi ilə bağlı suala isə N.Qasımova belə cavab verib: 

"Ola bilsin, mən və ya o, günahkardır. Ya da elə hər ikimiz günahkarıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.