Şou-biznes

Elzadan himn açıqlaması: "Bilərəkdən etdim ki..."

11 Noyabr 2016 17:11
17 Şərh     Baxış: 4 315
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Elza Seyidcahanın himnimizi ifa edərkən sözlərini səhv deməsi səs-küy yaradıb. 

Milli.Az xəbər verir ki, axşam.az-a açıqlama verən müğənni bildirib ki, bunu bilərəkdən edib.

E.Seyidcahan onu qınayanlara sərt cavab verib:

"Dövlətimin xüsusi günlərində hər zaman fərqli addımlar atmışam. Bu dəfə Bayraq Günü ilə əlaqədar aksiya keçirdim. Küçədə bayrağımızın rənglərini əks etdirən libasla dolaşıb, himnimizin sözlərinin yer aldığı bukletlər və bayrağımızı payladım. Böyüyündən tutmuş, balacasına kimi hamının diqqətini çəkdim. Hər kəsi himnimizi oxumağa çağırdım. 

Mədəniyyət və Turizm Nazirliyindən mənə zəng vurub, fikir bildirdilər, aksiyamı alqışladıqlarını dedilər. Tamaşaçılardan kim mənə "sağ ol" dedi? Amma yayılan bir videoya görə ağızlarına gələni yazdılar. Elza Seyidcahan himnini bilmir? Mən nəvəmə də laylay əvəzinə himnimizi oxuyuram. O videonu isə özüm çəkib paylaşdım. Himn oxuyarkən sözləri özüm bilərəkdən o formada oxudum, improvizə etdim. Düzgün oxusaydım, bu qədər yayılardı? Bilərəkdən etdim ki, hamı danışsın, danışdılar da... Mənim layihəm hamını yaxşı mənada silkələdi. Mən himnimə hörmətsiz yanaşıb, ona xələl gətirmərəm. Himni heç vərəqdən oxumağı özümə yaraşdırmaram. Ayıb olsun ki, yaxşını qoyub, məni pis etmək istədilər. Azərbaycan qadınıyam, anayam, təmiz adıma ləkə yaxılmasına imkan vermərəm. Bəzi müğənnilər kimi tədbirdə himni oxuyanda sözləri çaşıb deyə bilməyənlərdən deyiləm".

E.Seyidcahan sosial şəbəkələrdə onu təhqir edənləri məhkəməyə verəcəyini bildirib:

"Evdə oturub, sosial şəbəkədə onu-bunu təhqir edənlər məhkəmədə cavab verəcəklər. Siz, Bayraq Günündə xalq üçün nə etdiniz? Əgər sizin kimi olsaydım, bayram günü şəhərə çıxıb, vətənim üçün nəsə etmək əvəzinə, evdə oturub, kabab yeyərdim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.