Şou-biznes

Gülay Xatundan küsübmüş - VİDEO

11 Noyabr 2016 16:35
0 Şərh     Baxış: 3 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Gülay Zeynallı həmkarı Xatun Əliyevadan küsübmüş. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda Xatun aparıcısı olduğu "Zarafat-zarafat" verilişində deyib. 

X.Əliyeva bildirib ki, buna səbəb onun İnstaqram-da Gülayı izləyiciləri sırasından silməsi olub:

"Son illər müğənnilərin arasındakı incikliyə səbəb sosial şəbəkə olur. Bu yaxınlarda İnstaqram profilimi oğurlamaq istəyirdilər. Gülayı izləmədən çıxardım. Qayıtdı ki, sən məni sildin, mən də səni dostluqdan çıxardım. Adam buna görə inciyər? Biz İnstaqram-a görə dostluq edirik?"

G.Zeynallı "Başqa bəhanə tapmadın, bunlar köhnəlib? Mənim profil səhifəm bağlıdır. Çox az sayda xanım izləyirəm, biri də sən idin" deyə, cavab verib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Gülay Xatundan küsübmüş

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.