Şou-biznes

"Paxıllığımı çox çəkdilər, çalışdılar ki, alınmasın" - Namiq Qaraçuxurlu sərt danışdı - VİDEO - FOTO

10 Noyabr 2016 14:46
2 Şərh     Baxış: 3 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Klipi 300 manata çəkdik

ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan meyxanaçı-müğənni Namiq Qaraçuxurlu maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, sevilən ifaçı "Rəvayət" klipindən danışıb:

""Rəvayət" adlı klipimin ümumi büdcəsi heç 300 manat eləmirdi. Bu pulu da Muğamat adlı dostumuz qarşılamışdı. Peşəkarlıq baxımdan aşağı səviyyəli iş ola bilər. Amma əsas görülən işdir. Bu, bir baryer idi və biz bunu keçməliydik. Şükür, bacara bildik".

Tanınmış meyxanaçı yaşadığı problemlərdən söz açıb:

"Problemlər yaşadıq. Qarşımızı çox aldılar. Paxıllığımızı çox çəkdilər. Deyirdilər ki, meyxana nədir, klip nədir. Sonra konsert hazırladıq, bəzi meyxanaçılar 1 gün qabaq dedilər ki, gəlmirik biz. Hər vəchlə çalışırdılar ki, konsert alınmasın. Amma ətrafımda olan dostlarım sağ olsun. Bundan sonra bəzi meyxanaçılarla aramız soyumağa başladı".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.