Şou-biznes

Namiq Qaraçuxurlu: "Meyxananı toya yaraşdırmırlar" - VİDEO - FOTO

9 Noyabr 2016 13:57
9 Şərh     Baxış: 4 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Meyxana sözünü eşidəndə klipimdə çəkilmək üçün heç bir qız razı olmurdu"

ARB TV-nin efirində yayımlanan "Gəlin danışaq" verilişinin qonağı olan meyxanaçı Namiq Qaraçuxurlu maraqlı açıqlamalar verib.

Son zamanlar meyxana sənətində yeniliklərin olmamasından danışan ifaçı bir çox həmkarının passiv olduğundan gileylənib:

"Bəzi meyxanaçılarımız deyirlər ki, hər şey əladır. Toylara gedib pul qazanırsansa, hər şey əla demək deyil. Bir az geniş düşünmək lazımdır. Hətta meyxanaçılarımız özləri də şikayətlənirlər ki, meyxananı toya yaraşdırmırlar və toy axşamına çağırırlar. Amma əvvəl belə deyildi. Toyun ən qızğın vaxtı meyxanaçıya söz verilərdi. Mənim konsertimə gələnlərin əksəriyyəti qadınlar olardı. Amma indi elə deyil. Səbəb odur ki, meyxana sənəti inkişaf etmədi. Kliplər çəkilmədi, yeniliklər edilmədi. Mən hal-hazırda öz üzərimdə axtarışdayam. Yeni üslubda oxumağa çalışıram. Mən "Rəvayət" klipimə xanım çəkmək istəyəndə heç kim razılaşmırdı. Deyirdilər, meyxana? Yox-yox. Güclə bir nəfər tapdıq. Sonra efirə verə bilmirdik. Heç kim meyxana olduğu üçün götürmürdü. Daha sonra mənim bir ağsaqqalım var idi. O, telekanalların birindən xahiş etdi. Ondan sonra verdilər. Klip efirə çıxandan sonra tamaşaçı sevgisi qazandı və bütün tekenallar özləri verdilər".

Qeyd edək ki, "Gəlin danışaq" proqramı həftə içi 5 gün saat 11:00-da ARB TV-nin efirində yayımlanır.

Videonu izləmək üçün şəklə klikləyin:

Namiq Qaraçuxurlu:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.