Şou-biznes

Xalq artisti efirdə xanımını küsdürdü - VİDEO

8 Noyabr 2016 17:57
11 Şərh     Baxış: 6 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xəzər" telekanalında yayımlanan "Evdəkilərə salam" verilişi xalq artisti Rafiq Hüseynovun (Rəmiş) evində qonaq olub. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, çəkiliş zamanı gitara ifaçısının xanımı Gülü çətin günlərini xatırlayıb. Onun "Gün olub maşında yatmışıq" sözləri Rəmişi əsəbiləşdirib. 

İfaçı "Başalama yenə" deyərək, onu susdurmağa çalışıb. Onun bu sözləri həyat yoldaşının xətrinə dəyib və Gülü xanım çəkiliş məkanını tərk edib. 

Rəmiş daha sonra arvadının arxasıyca gedərək, onu geri qaytarıb.

"Mənim bir sevgilim var, o da Gülüdür", - Rəmiş bildirib. 

Gitara ifaçısını xanımı da ona olan sevgisini dilə gətirib:

"Nə qədər yaşayacamsa, Rəmiş ancaq mənim olacaq. Onu heç kimə vermərəm".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Xalq artisti efirdə xanımını küsdürdü

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.