Şou-biznes

"Atam mənə dedi ki, get özünə sənət tap" - VİDEO - FOTO

8 Noyabr 2016 17:21
13 Şərh     Baxış: 5 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cavan oğlanlar müğənnilərin parladığını görüb özlərinə yer etmək istəyirlər

ARB TV-nin efirində yayımlanan "Gəlin danışaq" verilişinin qonağı olan müğənni Elnur Məmmədov maraqlı açıqlamalar verib: "Çoxunda yetkinlik yaşında səs batanda heç geri qayıtmır. Elə onla da gedir. Amma məndə dəyişiklik zamanı səsim tam uzaqlaşdı. Ürəyim partlayırdı. Özümü musiqi tərəfdən sakitləşdirmək istəyəndə pianino çalırdım və oxuyacağım mahnını fitlə özümə zümzümə edirdim. 3,4-cü kurslarda oxuyurdum. Məni öldürsələr də, ikinci dəfə oxumağa gəlməzdim.

Sənətdə elə insanlar var idi ki, uzaqlaşırdım. Adicə atam həmişə deyirdi ki, normal sənət tap özünə. Amma sonra Vaqif Gərayzadəni canlı-canlı görmək üçün ikinci dəfə sənətə qayıtdım. Sənətə yenidən qayıtdığım üçün öncə valideynlərimə, sonra da müəllimlərimə təşəkkür edirəm. İndi səhnədə elə cavan oğlanlar görürəm ki, hiss olunur ki, bura onun yeri deyil. Yalandan özünü məcbur itələyir. Görür ki, səhnədə müğənnilər parlayır, bu da özünə yer etmək istəyir".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.