Şou-biznes

Müğənni Yeganə: "Edəcəklərimi etdim, ərimdən qorxmuram" - VİDEO

8 Noyabr 2016 14:45
4 Şərh     Baxış: 10 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ay camaat, boşanmamışam..."

"ARB Ulduz"da yayımlanan "Şou-məkan" verilişinin növbəti qonağı olan müğənni Yeganə Mürsəlova maraqlı açıqlamalar verib: "Hər zaman, iş olanda da, olmayanda da ailə mənim üçün önəmlidir. İndi yeni mahnılar var. Həftənin 3-4 gününü film çəkilişlərinə sərf edirəm. Yorğunluq olsa da, mən Ömərə vaxt ayıra bilirəm. Bəlkə də, Azərbaycanda ikinci, üçüncü müğənniyəm ki, bu qədər klip çəkdirmişəm. Bu aralar fasilə vermişəm klip çəkilişinə, istəmirəm. Düzdür, mahnını oxuyuruq, biz ona klip çəkdirənə kimi musiqi sevilir və klipə ehtiyac qalmır. Çox gözəl türk halayları lentə aldıq. Bunu oxumuşdum. Sadəcə olaraq, indi azərbaycanlı musiqiçilərlə lentə aldıq. Tələbə yoldaşım, dostum, qardaşım Rəşad Bağırovla işbirliyim davam edir".

Daha sonra müğənni Türkiyə şou-biznesinin sakininə çevrilməsindən, oradakı işlərindən və uğurlarından ağızdolusu danışdı: "9 klip çəkildi, 3 albom araya-ərsəyə gəldi. Orada oxunan mahnıların eləsi var ki, hələ də efirlərdə səsləndirilməyib. Artıq edəcəklərimi etdim. Qoy hamı etsin. Orada ulduzlarla işbirliyim oldu. Baxmayaraq ki, mahnıları burada lentə alırıq, ancaq bütün musiqilər Türkiyədə hazırlanır".

Yeganə şəxsi həyatı barədə də açıqlamalar edib: "O danışır-danışsın, özü üçün danışır. Əgər mən cavab versəm, deyəcək ki, Yeganəyə təsir edir. Olmayan bir iş haqda, olmayan bir şey haqda mən necə danışa bilərəm? Mən o vaxt toyum olanda da mətbuata icazə vermək istəmədim ki, toyu lentə alsınlar. Bu, mənim şəxsi həyatımdır. Mən medianı o toya qonaq dəvət etmişdim. Deməmişdim ki, gəlin mənim məclisimi çəkin. İndi mən hara gedirəm, nikah şəhadətnaməmlə gəzim ki, ay camaat, mən boşanmamışam? Bunun insanlara aidiyyatı yoxdur. İnsanlara maraqlı da deyil əslində".

Müğənni sərt danışaraq heç kimdən qorxmadığını da qeyd edib: "Qorxaq adam deyiləm. Bir bizi yaradandan başqa, mən heç kimdən qorxmuram. Heç həyat yoldaşımdan da qorxmuram. Sadəcə hörmət edirəm. Hörmət qorxudan daha önəmlidir. Niyə də gedim? Od olmayan yerdən tüstü çıxarmaq istəmərəm. Heç vaxt. Həmin adamlar yazacaq, yazacaq, sonra görəcəklər ki, boşuna qaralayırlar, yazdığını siləcək. Əlbəttə, bu dünyada paxıl da var, eqoist də var, insan sevməyən də var, "içi qurdlu" insanlar da var. Şəxsən heç kəsin ailə həyatı mənim üçün maraqlı deyil. Mən evimə gəldimsə, ancaq öz ailəmlə maraqlanıram. Lakin həmin insanların evində nə ailə sevgisi var, nə qohum-əqrəba sevgisi var, nə bacı-qardaş məhəbbəti var, gəlir, oturur, fikirləşir ki, kimdən danışım".

Videonu izləmək üçün şəklə klikləyin:

Müğənni Yeganə:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.