Şou-biznes

Rəhim Rəhimli: "Röyayla məni birləşdirən..." - VİDEO - FOTO

7 Noyabr 2016 18:17
2 Şərh     Baxış: 3 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Aygünün konsertinə getməyim bəzilərini qıcıqlandırdı"

"ARB Ulduz"da yayımlanan "Şou-məkan" verilişinin qonağı olan müğənni Rəhim Rəhimli maraqlı açıqlamalar verib:

"Röya xanımla mənim dostluğum illərə bərabərdir. Biz on konsert vermişik. RR Şou 1, RR Şou 2, RR Şou Bakı gecələri, RR Şou Altun, RR Şou Meridian, RR Şou Zaqatala, RR Şou Buta Palas, RR Şou Moskva, RR Şou Ukrayna. Nədənsə mənim Aygün Kazımova ilə səhnə bölüşməyim bəzi təşkilatçıları və sponsorları qıcıqlandırdı. Həm də onlar bizi qalmaqala çəkmək istədilər. Röya xanımın bir konserti oldu. Həmin ərəfədə Aygün xanımın da konserti vardı. Aygün xanımın konsertinə gedə bilmədim. Səhəri Röya xanımın konsertinə gedə bildim. Bundan sonra söylədilər ki, "niyə Rəhim Divanın konsertinə getmədi, ancaq Röyanın konsertinə qatıldı?" Sadəcə olaraq mən Aygün xanımın konsertinə gəlib çata bilmədim. Saat fərqi səbəbindən. Ancaq Röya xanımın konsertinə gedə bildim". 

Rəhim Röyanın əməkdar artist adını alarkən niyə təbrik etməməsinin də səbəblərini açıb: "İnsan çox yaxın olur. Yumruğun hansısa barmağında azca da olsa, tərpəniş olanda bu, hər kəsə öz təsirini göstərir. Mən o zaman təbrik etmədim. Uzaq durmağımdan istifadə edib bizi böyük bir qalmaqalla üz-üzə qoya bilərdilər. Röya ilə məni bir-birimizə bağlayan çox məqam var. Rəqsanə xanım demişkən, o bilər, mən bilərəm. Bu, sirr olaraq, onun və mənim qəlbimdə qalacaq. İndi səhnəni başqa bir sənətçi dostumla bölüşürəm. Bu, qarşı tərəfi qıcıqlandırmamalıdır. Əksini deməyə heç kimin haqqı yoxdur. İkincisi də ki, biz o qədərmi üçüncü şəxslərin fikrinə ehtiyac duyuruq?"

Natavan Həbibi və Aygün Kazımova barışığına da toxunan superstar bu barədə də fikirlərini bildirib: "Aygün xanımla qərar verdik ki, yaxın zamanlarda bir mahnı yazdıraq. Mahnının adı nədir? "Həbibi". Yaxın günlərdə siz bunu eşidəcəksiz. Çıxaq indi gənc nəslin nümayəndələrindən soruşaq. Görək Rübabə xanımı tanıyan varmı? Yoxdur. Ancaq Üzeyiri hamı tanıyır. Ona görə də bu ölkənin şou-biznesini vaxtında düzgün qurmaq lazım idi". 

Videonu izləmək üçün şəklə klikləyin:

Rəhim Rəhimli:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.