Şou-biznes

Anar Ağakişiyev evli olubmuş

7 Noyabr 2016 11:17
2 Şərh     Baxış: 5 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Stilist Anar Ağakişiyevin tanınmış jurnalistlə ailəli olduğu və sonra boşandığı ortaya çıxıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, stilist "ATV maqazin onlarla" verilişində xəbəri təsdiqləsə də, bu haqda geniş danışmaq istəməyib:

"Bu haqda heç nə danışmayacam. Qəti... O, keçmişdə qaldı. Hazırda barmağımda üzük yoxdur. Bunu eyib kimi bilmirəm. Sadəcə, şəxsi həyatımdan danışmaq istəmirəm. İstər müğənnilərin, istər həmkarlarımın bu məsələlər haqda danışması məni qıcıqlandırır. Toy edirlər, 3 gün yayımlanır, boşanırlar yenə gündəmə gəlirlər".

A.Ağakişiyev övlad istədiyini deyib:

"Bir çoxları övlada mebel kimi baxırlar, ev heyvanına da "uşaqdı" deyirlər. Övlad istəyirsənsə, bunu dərk etməlisən ki, necə böyük yükün altına girirsən. Mənim ürəyim partlayar, uşağı dayəyə etibar edə bilmərəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.