Şou-biznes

Oxuduqları mahnıya qulaq asanda adam utanır"

6 Noyabr 2016 11:58
6 Şərh     Baxış: 2 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu, artıq faciədir. Adlarını müğənni qoyub, gündəmi zəbt edirlər, amma oxumaqla əlaqələri yoxdur.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Ayaz Qasımov "Xəzər maqazin"ə açıqlamasında deyib. 

İfaçı bəzi həmkarlarını ad çəkmədən tənqid edib:

"Oxuduqları mahnıya qulaq asanda adam utanır. Zəif musiqi nümayiş etdirirlər. Nə səs tembri, nə də savadları var. Mən Ayazam, öz adım var. Bu adın daşıyıcısı küçədə gedərkən hansısa sözü eşitmək istəmirsə, efirdə onu etmir. Oxuya bilməyənləri məclislərə çağırıb pul verirlər, onlar isə fonoqram oxuyurlar. Amma canlı oxuyanlar onların qazandığının bir faizini qazana bilmirlər. İfaçılıq sənətini ucuzlaşdırmayaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.