Şou-biznes

Damla Miri Yusif ilə Röyanı geridə qoydu - VİDEO - FOTO

28 Oktyabr 2016 17:59
20 Şərh     Baxış: 25 361
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ARB Ulduz"da yayımlanan "Şou məkan" verilişində "Kəpəz FM"in "Azəri TOP 10-luğ"u təqdim olunub.

Gəncədə fəaliyyət göstərən, respublikanın üçdə bir hissəsində dinlənilən Kəpəz FM-in "Azəri TOP 10-luğ"unun nəticələri maraqla qarşılanıb.

Azəri TOP 10-luqda bir-biri ilə səs mübarizəsi aparan məşhurlardan ilk üçlükdə Damla, Asif Məhərrəmov Miri Yusif-Röya dueti qərarlaşdı. "Səndən bir dənədir" söyləyən Miri Yusif və Röyadan elə bir dənə olsa da, onların bu duetini ifaçıların fanat ordusu üçüncü yerə layiq görüb.

Deyəsən, Asif Məhərrəmov "Gecə-gecə" mahnısı ilə sevənlərini elə yuxuya verib ki, fanatları onu ikinci yerə layiq biliblər.

Azəri TOP 10-luğun qalibi Damla isə "Dəli divanə" mahnısı, üstəlik fərqli səs tembri ilə, sözün əsl mənasında, sevənlərini dəliyə, divanəyə çevirib:
"Kəpəz FM-in dinləyicilərinə öz təşəkkürümü bildirirəm. Çox sağ olsunlar. Əziyyətimizi qiymətləndirirlər. Mənim üçün çox sevindirici bir haldır".

Daha sonra Damla ikinci yerdə olan Asif haqda da danışıb: "Mən Asifin uğurlarına sevinirəm. İnanıram ki, bundan sonra "gecə-gecə" yox, "gündüz-gündüz" mahnısı çıxsa da, onda uğurlu alınacaq"

Damla yeni layihələrindən də söz açıb:
"Yeni bir duet gəlir. Nurlan Təhməzli ilə bərabər oxumuşam. Bir-iki mahnının tamamlanma işləri qalıb. Klip çəkilişlərinə artıq start vermişik. Geyimlər hazırlanır, məkanlar seçilir. Sadəcə, mənim iş qrafikimlə əlaqədar bir az işləri dayandırmışıq. Gələn həftə klip ekranlaşacaq".

Gah xəstə olduğunu, gah da səhər vaxtı hələ səsinin açılmadığı bəhanə gətirib canlı ifadan yayınanları Damla tənqid atəşinə tutdu:
"Mən əgər bundan qaçıramsa, insanlara çatdırmaqdan boyun qaçırıramsa, onda mən bu peşənin sahibi sayılmıram axı. Mən müğənni sayılmıram o zaman".

İkinci yerdə olan Asif Məhhərrəmov isə bunları deyib: "Damla xanım dostumuzdur, əzizimizdir. Tədbirlərdə bir yerə olmuşuq. Əvvəldən münasibətimiz olub. Ümumi nəticəyə qalanda o, sadəcə, cədvəldə birinci yerdədir. Bundan əlavə yeniliklərdən danışarkən qeyd edim ki, bir mahnı çıxardıq. O da fars mahnısıdır. Murtaza Paşayinin repertuarındandır. "Bu evdə" adlanır. Nəticə etibarilə "Youtube"da çox izlənilir. Məni çox adam üzdən tanımır. Əslində, üzdən tanınmamağım mənim üçün o qədər xoşdur ki, rahatam. Mənə həmişə maraqlı olub ki, kimsə səsimi eşitsin, sevə-sevə qulaq assın, amma özümü tanımasın. Dörd milyon adam əgər "gecə-gecə"ni izləyibsə, demək, bir o qədər adam məni tanıyarsa, mən evdən çölə çıxa bilmərəm. Bunu lovğalıq kimi başa düşməsinlər".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Damla Miri Yusif ilə Röyanı geridə qoydu

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.