Şou-biznes

"Namiq, eşqimizi də sirr saxlayırdın" - Aygün Kazımova - VİDEO

28 Oktyabr 2016 16:50
40 Şərh     Baxış: 7 456
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlu ilə bağlı sirlər açıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni "Həyat tərzi" verilişində sənətçinin onun bağ evini əlindən alması xəbərinə münasibət bildirib:

"Namiqlə aramızda problemimiz yoxdur. Verilişdə Ranar Musayev mənə gözləmədiyim anda sual ünvanladı. Sonra dostlarım maqazin verilişində süjet hazırladı. Həmin açıqlamanı neçə vaxt əvvəl zarafatla demişdim. Amma o zarafat deyildi, gerçək idi. Bu hadisələr çoxdan olub. Namiq, səndən fərqli olaraq, mən sənin haqqında rahat danışıram. Sən hər şeyi sirr saxlayırdın. Eşqimizi də sirr saxlayırdın".

A.Kazımova Namiqin onunla duet oxumaq istəməməsini də deyib:

"Bu yaxınlarda dostlarımız bizə duet təklif etdi. Namiq istəmədi, dedi ki, söz-söhbət yaranır. Namiq, cəsarətli ol, niyə çəkinirsən? Xalq bizdən duet istəyir. Bəlkə sən özün düz etmirsən?"

Müğənni N.Qaraçuxurlunun onun röyalını aldığını da söyləyib:

"Musiqi alətlərim çoxdur. İki röyalım var: biri İstanbuldadır. O biri röyalımı Namiq apardı. Amma söz verib qaytaracaq".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.