Şou-biznes

Röya: "Gəlin və bəy utanmadan bu mahnıda..." - FOTO

28 Oktyabr 2016 12:53
7 Şərh     Baxış: 13 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün əməkdart artist Röya AyxanMiri Yusif "Nəsib olsa" verilişinin qonağı olublar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hər iki məşhur "Bir dənədir" mahnısının yaranma tarixçəsindən söhbət açıblar.
Miri Yusif yayın hitinin təsadüfən meydana gəldiyini qeyd edib:

"Evdə oturmuşdum, telefonuma zəng gəldi. Dəstəyi götürdüm, gördüm ki, əməkdaşımız ağlayır. Dedim ki, Səriyyə nə olub? Söylədi ki, saytlar yazır kı, qəza keçirmisən. Mən də cavab verdim ki, arvad-uşağın yanındayam, sağ-salamatam. Bundan sonra ideya yarandı. Ona dedim ki, məndən neçə dənədir? Biri evdədir, biri qəzada. Ona dedim ki, gözlə, "adboy" verdim. Mahnı belə yarandı".

Röya isə mahnını toylarda bəyin dostları ilə birgə oxuduğunu söyləyib:

"Bütün tədbirlərin mahnısıdır. Hərdən olur ki, Miri Yusif məclisə gecikir. Mən də bəyin dostlarından birini səhnəyə dəvət edirəm, onunla duet oxuyuram. Eləsi var ki, çəkinir, utanır. Gəlin və bəy utanmadan bu mahnıda səhnəyə çıxırlar. Bunu ancaq "Bir dənədir" mahnısı edir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.