Şou-biznes

Reanimasiyaya yerləşdirilən Səyyad Əlizadənin SON DURUMU - YENİLƏNİB

28 Oktyabr 2016 10:07
21 Şərh     Baxış: 17 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:07

Gecəyarısı halı pisləşən və təcili yardım maşını ilə C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Reanimasiya şöbəsinə yerləşdirilən Səyyad Əlizadə hələ də reanimasiyadadır.

Publika.az müğənni ilə əlaqə saxlayıb. Vəziyyətinin yaxşılaşdığını deyən Səyyad Əlizadə sabah evə buraxılacağını deyib: "Dünən soyuqlamışdım, qulunclarım ağrıdı, sonra da qarın boşluğumda ağrılarım oldu. Həkim çağırdıq, xəstəxanaya apardılar. İndi yaxşıyam. Həkimlər sağ olsunlar, indi özümü yaxşı hiss edirəm. Mənə görə narahat olan insanlara təşəkkür edirəm".

Müğənni ürək-damar sistemində heç bir problem olmadığını deyib.

----------

08:40

Müğənni Səyyad Əlizadənin səhhətində problem yaranıb.

Milli.Az bildirir ki, yaxınları azadinform-a deyib ki, onun halı saat 23:00 radələrində qəfildən pisləşib. Müğənnini evində müayinə edən təcili yardım həkimləri onu C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Reanimasiya şöbəsinə gətirib. Reanimasiya şöbəsindən verilən məlumata görə isə Səyyad Əlizadənin səhhəti ilə bağlı hələ ki, dəqiq diaqnoz qoyulmayıb.

"Evdə idi. Qəfildən halı pisləşdi. Təcili yardım çağırdıq, onlar isə bura gətirməyi qərara aldı. Çox güman ki, ürək-damar sistemində blokada yaranıb", - deyə müğənninin ailə üzvləri deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.