Şou-biznes

Elza Xatuna "axmaq" dedi - VİDEO

24 Oktyabr 2016 17:36
14 Şərh     Baxış: 3 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Elza Seyidcahanla müğənni Xatun Əliyeva arasında qalmaqal yaşanıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Xatun qarşı tərəfin ifaçı Şəhla Həmidovanın ünvanına dediyi "Səsin də, pulun da var, bəsdir ağladın" sözlərinə münasibət bildirib. 

X.Əliyeva "10-dan sonra" verilişində E.Seyidcahanın ondan inciməsinin səbəbini açıqlayıb:

"Elza xanım, insan məzlumun zalımı olmaz, zalımın zalımı olar. Şəhla ilə nə işiniz var? Son zamanlar çox aqressivləşmisiniz. Heç kimi aşağılamayın, Allahdan qorxun. Elza xanımı verilişimizə çağırdıq, gəlmədi. Dedi ki, Xatun məni ələ salıb. Onu parodiya etməyimi dəyərləndirməli idi, bununla gündəmə gəlir".

E.Seyidcahan Xatunu tənqid edib:

"Bəzi uğursuzlar var ki, səhnəyə gəlmək istəyirlər, alınmır. Şəhlanın tərəfini tutub, ağlayıb özünü reklam edir, onu-bunu karikatura edə-edə qabağa getməyə çalışır. Görək nə vaxta qədər gedəcəklər. Yazığım gəlir onlara, öz həyatlarını yaşamırlar. Bizdən icazə almadan parodiya edirlər. Bəzi axmaqlar ağıllılara təzyiq göstərirlər ki, aqressivsiniz. Bu cür insanlarla bağlı ölçü götürmək lazımdır".

Qeyd edək ki, Ş.Həmidovanın "Acından ölsəm də özümü sındırmaram. Elza Seyidcahan deyir ki, evini dəyiş. O imkanı, şəraiti halal pulla etmək olmur" sözləri E.Seyidcahanı özündən çıxarmışdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Elza Xatuna

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.