Şou-biznes

Nisə Qasımova özündən çıxdı

24 Oktyabr 2016 17:09
5 Şərh     Baxış: 1 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Nisə Qasımovanı özündən çıxarıblar. Buna səbəb bəzi həmkarlarının onun mahnılarını başqa tərzdə oxumasıdır.

Milli.Az publika.az-a istinadən bildirir ki, əsəbləşən sənətkar ürəyini "İnstagram" səhifəsində boşaldıb: "Bəzi insanlar qarşısında təcrübəli və işini yaxşı bilən bir müğənni görüb də, nədən özlərini ağıllı göstərirlər? Ən azından təcrübəli insanın məsləhətinə qulaq asıb, daha səmərəli işbirliyi qura bilərlər axı. Bu hallara çox əsəbləşirəm. Nə isə..."

Sosial şəbəkə istifadəçiləri müğənninin müdafiəsinə qalxıblar: "Nisə xanım! Siz öz möhürünüzü vurmusunuz və vurursunuz, xalq artisti fəxri adını layiqincə almısınız və ondan da çoxa layiqsiniz. Canım Nisə xanım, mən yaltaqlanmıram, nə suyum, nə havam sizdən asılıdır. Lakin bir söz deyə bilərəm - Nisə oxuduğu mahnıları, heç kəs o tərzdə, o gözəllikdə, o ürəklə oxuya bilməz, ona görə də deyirəm - "özünüzü biabir edib, Nisə xanım oxuduğu mahnıları OXUMAYIN, öz paxırlarınızı açmayın, biabır etməyin özünüzü. Bu, Allah vergisidir, vəssalam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.