Şou-biznes

Azərbaycanlı müğənninin cavan qardaşı öldü - YENİLƏNİB

24 Oktyabr 2016 17:55
59 Şərh     Baxış: 21 526
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:55

Müğənni Rahidə Baxışın qardaşının hansı xəstəlikdən vəfat etməsi məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, 1981-ci ildə anadan olmuş Baxışov Ramin Ramiz oğlu xeyli vaxt imiş ki, vərəm xəstəliyindən əziyyət çəkirmiş. Xeyli vaxt Bakıda ixtisaslaşmış xəstəxanada müalicə olunan Raminin vəziyyəti ağırlaşdığından və yaşamaq şansı qalmadığından bir neçə gün əvvəl həkimlər onun evə aparılmasını istəyiblər. Badamdar qəsəbəsi Seyran Məmmədov küçəsindəki evə gətirilən 35 yaşlı Ramin Baxışov dünən vəfat edib.

--------

12:55

Müğənni Rahidə Baxışovanın ailəsində ağır itki baş verib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin qardaşı dünyasını dəyişib. 

Bu haqda aparıcı Lalə Əlimuxtarova xəbər yayıb:
 
"Rahidə cavan qardaşını itirdi. Allah heç kimə ağır itki nəsib etməsin. Ayın 25-də 3 mərasimidir. Gəlmək istəyən mənimlə əlaqə saxlasın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.