Şou-biznes

Namiq Aygünün bağını əlindən aldı - VİDEO

24 Oktyabr 2016 12:09
18 Şərh     Baxış: 6 087
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Aygün Kazımovanın meyxanaçı Namiq Qaraçuxurlu ilə bağlı verdiyi "Ayrılanda mal-mülkümü apardı" sözləri səs-küy yaradıb. 

Axşam.az-ın məlumatına görə, müğənni "ATV maqazin onlarla" verilişinə açıqlamasında meyxanaçının onun bağ evini əlindən aldığını etiraf edib:

"Namiq bağ evimi əlimdən aldı. Elə insandır ki, hər şeyimi əlimdən aldı. Bunu bərabər etmişdik, amma hamısı Namiqə qismət oldu".

N.Qaraçuxurlu məsələ ilə bağlı suallardan yayınıb:

"Bunlar çox şəxsi məsələlərdi. Bu barədə açıqlamamı gözləməyin. Özümə belə bu qədər dərinə getməyə icazə vermirəm".

Qeyd edək ki, A.Kazımova müsahibəsində "Namiq Qaraçuxurlu mal-mülkünüzü əlinizdən alıb" sualına belə cavab vermişdi:

"Bəli, burada söhbət mal-mülkdən gedirdi. Bunu çox da açıqlamayacam. Bəlkə nə vaxtsa açıb danışaram. İstəmirəm ki, insanlar Namiqə pis baxsınlar. Biz məclislərdə tez-tez bir araya gəlirik. Qəlbimdə inciklik qalmayıb. Mən o küsülülüklə qala bilmərəm".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Namiq Qaraçuxurlu Aygün Kazımovanın bağını əlindən aldı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.