Şou-biznes

Zemfira yenə atla - FOTO - VİDEO

24 Oktyabr 2016 10:35
9 Şərh     Baxış: 3 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Teleaparıcı Zemfira Adıgözəlova fərqli fotosessiya etdirib.

Milli.Az-a açıqlama verən xanım aparıcı bildirib ki, bu fotosessiya ilə uşaqlıqdan ürəyində olan arzusunu, az da olsa, gerçəkləşdirmiş olub:

"Hər zaman Mərkəzi Amerika, Meksika filmlərinə maraqla baxırdım. Orada kovboyların at çapmaları, həyatı mənə maraqlı gəlib. Uşaqlıqdan istəmişəm ki, hər hansı filmdə kovboy obrazında rol alım. Bu arzum reallaşmadığından, istədim fotosessiya ilə də olsa, özümü kovboy obrazında görüm".

Z. Adıgözəlova bu obrazı canlandırmaq üçün uzun müddət hazırlaşdığını da gizlətməyib:

"Bir neçə həftə atçılıq dərslərinə getdim. "Elite Horse & Polo Club"da məşq edirdim. İstəyirdim fotolarda obrazımı tam olaraq canlandırım. Mən gördüyüm işə səhlənkar yanaşa bilmirəm. İnanıram ki, izləyicilər fotoları bəyənəcək".

Teleaparıcının makiyajı üzərində stilist-vizajist Nura Babayeva çalışıb. Fotoların müəllifi Ruslan Teymurlatovdur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Teleaparıcı Zemfira Adıgözəlova yenə atla poz verdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.