Şou-biznes

Şəbnəmin ikinci arvadlığı, Manafdan qeyri-etik sözlər, Coşqunun xəstəliyi, Fatimənin anonsu - HƏFTƏBECƏR

24 Oktyabr 2016 09:26
62 Şərh     Baxış: 13 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (97-ci say) təqdim edir.

Deyəsən, ötən həftə hər həftə bir oxucunun adını çəkmək ideyası özümə baha başa gəldi. Şərhlərə baxıram, yazıdan çox Şamaxıdan olan oxucumuz Esra İbrahimliyə təbrik yazmısız. Təbii ki, zarafatdır və oxucunun fəal olması qələm adamı üçün məmnunluqdan başqa bir şey deyil. Bu həftə də özümlə çox müzakirələr apardım və belə qərara gəldim ki, Asi adlı oxucumuzun adını çəkim. O biri oxuculardan da bir xahişim var. Şərh yazanda öz adınızla yazın. Axı mən necə yazım ki, "tank", yaxud "raket" adlı oxucuya təşəkkür edirəm? Heç olmasa Şirinka Jaliçka zad adıyla yazın.
Əvvəllər qadınlar, qızlar evli kişilərə salam verməyə çəkinirdilər ki, adımıza pis söz gələr. Amma indi nəinki salam vermək, uşaq da doğurlar. Məsələn, Şəbnəm Tovuzlu deyir ki, filankəsin ikinci arvadı olduğumu arvadı da bilir. Yeri gəlmişkən, Şəbnəm doğulacaq övladına atasının adını verəcək - Ələddin. Bax bu, əsl yenilikdir. Xalxın kişisindən uşaq dünyaya gətir, sonra da uşağa öz atanın adını ver. Necə deyərlər, mübarəkdi, beyjə...

Manaf Ağayevin efirdə elə artıq-əskik danışdıqlarını görməmişəm. Bir dəfə hansısa verilişin aparıcısıyla dalaşmışdı, vəssalam. Amma bu dəfə, məncə, yaşına uyğun olmayan ifadə işlətdi. Zaur Kamalla yarızarafat mübahisə elədikləri yerdə qayıdıb deyəsən ki, istəyir, bunun iynəsini vurum. Zaur da qonağa efirdə olduğunu xatırlatmaq əvəzinə deyir ki, burada iynəni mən vururam. Fikrimcə, verilişin və telekanalın rəhbərliyi, o cümlədən MTRŞ bu məsələyə görə aparıcının "iynəsini vurmalıdır".

Rəqqasə Sevda bir ildə iki dəfə ərə gedibmiş. Bu da bir yenilikdir şou aləmində. Şəxsi işidir, istəsə, həftədə bir dəfə ərə getsin. Amma "normal qadınlar beş dəfə ərə gedir" açıqlaması özünə tərbiyəsizcəsinə haqq qazandırmaqdan başqa bir şey deyil.

Əməkdar artist Coşqun Rəhimovun səhhətində yenidən problem yaranıb. Allah şəfa versin. İntəhası, mənə bir məsələ müəmmalı qalır. Niyə bu adamın səhhətində problem məhz konsertlərindən öncə yaranır? Təki mən yanılım...

Səidə Sultanla Elnarə Xəlilova xəmiri hələ indicə isladıblar, deyəsən, çoxlu su lazım olacaq. Ona görə də saxlayaq gələn həftəyə.

Mərhum xalq artisti Elxan Əhədzadənin evini birinci arvadından olan oğlu və ikinci arvadı satışa çıxarıblar. Satıb, evin pulunu böləcəklər.

Nadir Qafarzadə deyib ki, oğluma sənətçi qız almaram. Ümumiyyətlə, Nadir yaxşı ifaçıdır. Bir dəfə efirdə "Cavanşirəm, Babəkəm, Nəbiyəm, Koroğluyam" mahnısını oxudu. Elə onun ardınca ağlına nə gəldisə mahnını dəyişib oxumağa başladı:"Kimlərə qaldı dünya". Hər dəfə Nadirin adı gələndə həmin epizod yadıma düşür, gülürəm.

Rəqqasə Fatimə 6-7 övladının olmasını istəyir. İkisi var, qalır 4-5-i. Olmaya bu nəyinsə anonsudur?

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.