Şou-biznes

"Rəqsanənin sponsoru sevgilisi olub" - Aygün Kazımova

23 Oktyabr 2016 14:20
32 Şərh     Baxış: 7 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyrənc fikirlərdir. Çox gülməli, pis yerlərə aparan sözlərdir. Bu cür fikirlər lazım deyil.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, bu sözləri xalq artisti Aygün Kazımova "Xəzər maqazin" verilişinə açıqlamasında deyib. 

Müğənni ifaçı Rəqsanə İsmayılovanın "müğənnilərin sponsorları sevgililəridir" sözlərinə əsəbiləşib:

"Bu söz nə qədər insana şamil olundu, ünvanlandı. Rəqsanə səhnəyə gələndə sponsoru sevgilisi olub. Bu da qisməti olub. Bir insanda belədirsə, hamıya şamil etmək yanlışdır. Tamaşaçının müğənnisi haqqında belə fikirdə olması düz deyil. Sponsorla tək müğənni yox, verilişlər də çalışır. İnvestorlar var ki, konsertlərə pul qoyur. Etməyin belə söhbətlər. Düşünürəm ki, mənim örnək olacaq xasiyyətlərim var, onları götürə bilərlər. Amma mən də insanam, çatışmayan cəhətlərim, kaprizlərim var. Onları örnək götürmələrini istəmirəm. Biz səhnədə özümüz olmuruq. Hansısa xanımın həyatını yaşayırıq. Bizi ideallaşdırmasınlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.