Şou-biznes

"Bu şəhərdə": "Müğənnilər yatır"

23 Oktyabr 2016 14:07
10 Şərh     Baxış: 4 370
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu şəhərdə" komandası şou-biznesdəki durğunluqdan gileylənib. 

Milli.Az axşam.az-a istinadən məlumatına görə, əməkdar artistlər Coşqun Rəhimov, Rafael İsgəndərov, ssenarist Müşviq Abbasov "Xəzər maqazin"ə açıqlamasında müğənnilərin heç bir yenilik etmədiyini deyib.

R.İsgəndərov noyabrda baş tutacaq solo konsertlərində əcnəbi müğənniləri və verilişləri parodiya edəcəklərini deyib. 

C.Rəhimov "İndi müğənnilərin hamısı yatır. Çalışdıq ki, kimisə parodiya edək. Artıq neçənci konsertdi yerli müğənniləri parodiya edə bilmirik. Nə qədər əl atırıqsa, boşa çıxır" deyə, bildirib.

M.Abbasov isə şou aləmindəki durğunluq haqda bunları söyləyib:

"Parlaq heç nə yoxdur, dəhşətir. Şou-biznes 10 il bundan əvvəlki kimi deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.