Şou-biznes

Zaur Kamal xanım müğənniyə: "Sən oraya çıxdın ki, özünü də göstərəsən?"

22 Oktyabr 2016 14:31
14 Şərh     Baxış: 11 255
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Primtime.az xəbər verir ki, aparıcılığını Zaur Kamalın etdiyi "5-də 5" verilişinin ötən gün yayımlanan bölümünün qonaqları əməkdar artistlər İlkin Həsənov, Almaz Orucova, müğənni Rahidə Baxışova və gitara ifaçısı Elman Namazoğlu olub.

Veriliş boyu canlı ifalar edən qonaqlar daha sonra trio şəklində milli mahnılarımızdan ibarət popurri səsləndiriblər. İfa bitdikdən sonra Rahidə Baxışova "Canlı oxumayanda deyirlər ki, səsin yoxdur" ifadəsini səsləndirib.

Zaur Kamalın "Sən oraya çıxdın ki, özünü də göstərəsən?" sualını müğənni belə cavablandırıb: "Əslində mən özümü göstərmədim. Ansamblımla gəlib, öz repertuarımdan mahnılar səsləndirərəm, o zaman özümü göstərmiş olaram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.