Şou-biznes

Tünzalə Ağayeva doğum günü gənclərə hədiyyə etdi - FOTO

22 Oktyabr 2016 10:25
3 Şərh     Baxış: 1 928
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, əməkdar artist Tünzalə Ağayeva öz doğum gününü ADDIM Gənclər Təşkilatının 3 illik ildönümü ilə birlikdə qeyd ediib. 

Gecə "Səs Azərbaycan" layihəsinin iştirakçıları Tofiq Hacıyev, Ləman Dadaşova, Ruslan Alışanın ifaları altında başlayıb. Daha sonra təşkilatın rəhbəri çıxış edərək Tünzaləni doğum günü münasibəti ilə, ADDIM üzvlərini isə təşkilatın ildönümü münasibəti təbrik edib.

Bir qədər sonra sonra böyük ajiotajla əməkdar artist səhnəyə gəlib. Müğənni qrupu ilə illər ərzində sevilən hitlərini canlı ifa edib. Gənclərin fəallığından konsert zamanı böyük izdiham yaşanıb. Tünzalənin mini-konsert proqramının sonunda dinləyicilər "Bir daha" səsləyərək müğənnini yenidən səhnəyə qaytarıblar.

Tünzalə yenidən gənclər üçün ifa edib və onlardan ayrılmağın çox çətin olduğunu vurğulayıb. Gecənin sonunda doğum günü tortu təntənə ilə kəsilib sevənlərə təqdim olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.