Şou-biznes

Zaurla Manaf Ağayev arasında mübahisə: "İstəyir ki, bunun iynəsini vurum" - VİDEO

21 Oktyabr 2016 16:58
29 Şərh     Baxış: 16 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Manaf Ağayevlə aparıcı Zaur Kamal arasında kiçik mübahisə yaşanıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı "5/5" verilişinə qonaq olan ifaçını "Toylarda qalaq-qalaq şabaş yığan, şəhərdə on mənzili, 6 maşını, villası olan Manaf Ağayev. Camaat evində çəkiliş etdirmir ki, göz dəyər. Bu da bir villa tikdirib, bütün jurnalistləri yığıb ki, gəlin baxın" deyərək təqdim edib. Onun bu təqdimatı qarşı tərəfi əsəbiləşdirib. 

M.Ağayev aparıcıya belə cavab verib:

"Kaş təqdimatın doğru olardı. Deyə-deyə hər şeyi qurutdun. Bir dəfə də özüm kimi təqdim et. Ev-eşik mövzusu qurtardı. Sizləri kişi bilib evimə dəvət etdim. İstəyir ki, bunun iynəsini vurum".

Z.Kamal "Burada iynəni mən vururam. Biz də evinizə kişi kimi gəldik" cavabını verib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Zaur Kamalla Manaf Ağayev arasında mübahisə

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.