Şou-biznes

Qızını efirdə görən xalq artisti əsəbiləşdi: "Yenə var nəsə?" - VİDEO - FOTO

19 Oktyabr 2016 16:46
4 Şərh     Baxış: 27 313
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artistinə efirdə sürpriz edildi.

ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan xalq artisti Ənvər Sadıqov maraqlı açıqlamalar verib.

Sevilən sənətçi "Təəssürat" adlı musiqi əsəri haqqında danışıb:
"Müəllifi konsertə görə gizli saxlamışdıq. Evdə bilmirdilər. Çünki bu əsəri mənim qızım yazıb. 4-5 ilin işidir və o zaman qızım 9-cu sinifdə oxuyurdu. Bundan əlavə o, başqa əsərlər də yazmışdı. Heyf ki, o bəstəkar olmaq istəmədi. Konsertdə ifa etmək istəyirdim, amma çətin gəldiyi üçün risk etmirdim. Sonra Emilə göstərdim və fikrin almaq istədim. O da müsbət fikrlər dedikdən sonra ağlıma batdı. Yenidən aranjman edib hazırladıq əsəri. Sonra qızıma sürpriz edib ifa etdik. Kadrlardan da görünür ki, qızım şoka düşüb".

Daha sonra Ənvər Sadıqovun qızı Tamilla xanım studiyaya dəvət olunub. Qızının studiyaya gəlişi Ənvər Sadıqov üçün sürpriz olub. Xalq artistinin mimikalarından əsəbiləşdiyi də hiss olunub.

Tanınmış ifaçının qızı Tamilla xanım isə bunları söyləyib:
"Atamın ifasını bəyəndim. Konsertdən təəssüratlarımı danışası olsam, çox şok oldum. Əvvəlcə elə bildim hansısa məşhur bəstəkarın əsəridir. Sonradan bildim ki, mənimdir. Şoka düşdüm, çox sevindim".

Milli.Az
 

Videonu izləmək üçün şəklə klikləyin:

Qızını efirdə görən xalq artisti əsəbiləşdi:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.