Şou-biznes

Aygün 90 minlik maşınını satdı? - YENİLƏNİB

12 Oktyabr 2016 12:26
6 Şərh     Baxış: 4 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:26

Bu gün Aygün Kazımovanın avtomobilini satması ilə bağlı xəbərlər yayılıb.
 
Milli.Az xəbər verir ki, müğənninin mətbuat katibinin verdiyi məlumata görə, yayılan xəbərlər həqiqəti əks etdirmir. Müğənni avtomobilini satmağı belə düşünmür. Maşın hazırda müğənninin həyətindədir.
 
 
---------

10:22

Xalq artisti Aygün Kazımova avtomobilini satıb.

"Qafqazinfo"ya daxil olan məlumatına görə, müğənni özünə yeni aldığı "Chevrolet Camaro Cabriolet" markalı maşınını satmaq məcburiyyətində qalıb. Kazımovanın borcunu ödəmək üçün belə bir addım atdığı iddia olunur.

Avtomobilin qiyməti isə təxminən 90 000 dollardır. Sənətçi ilə bağlı daha bir xəbər isə özünə köməkçi axtarmasıdır.

Müğənninin ilkin şərti isə onunla əməkdaşlıq edən şəxsin avtomobilinin olmasıdır.

Xatırladaq ki, A.Kazımova avtomobilini bu ilin mart ayında almışdı.

Ceyhun Ələkbərov

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.