Şou-biznes

Aygün qardaşının həbsindən sonra ilk dəfə efirdə - FOTO

5 Oktyabr 2016 14:04
16 Şərh     Baxış: 5 229
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Aygün Bəylər qardaşı həbs olunduqdan sonra ilk dəfə "5/5" verilişinə qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bir müddətdir gündəmdən uzaqlaşan və qardaşının cinayət işi ilə bağlı heç bir açıqlama verməyən muğam ifaçısı proqram boyunca bu məsələdən danışmayıb. 

Qızı Canandan danışan A.Bəylər övladının bu il məktəbə getdiyini deyib:

"Mənə də, müəllimlərinə də söz verib ki, yaxşı oxuyacaq. Qızımın müğənni olmasına pis baxmaram. Gərək oxusa, papaq qoya. Amma onun uzun saçı var, yaraşmaz. Həm də indi zəmanə dəyişib".

Yenidən imicini dəyişən müğənni bunları deyib:

"Dostlarımla haradasa oturanda, məclislərə gedəndə insanların mənimlə bağlı başqa düşüncədə olduğunu görürdüm. Çoxları xanım imicində olanda məni tanımırdı. Ona görə də saçımı yenidən kəsdirdim".
 
Qeyd edək ki, avqustun 30-da Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Suraxanı Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2013-cü ilin iyun ayının 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovun qətlə yetirildiyi müəyyən edilib. 

Faktla əlaqədar həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, E.Hümbətov 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala qəsəbəsi ərazisində boğulma yolu ilə qətlə yetirilib. Tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.