Şou-biznes

"Müğənnilər kimdir ki?! Hazır mahnını oxuyub, toydan pul qazanırlar" - VİDEO - FOTO

5 Oktyabr 2016 12:36
1 Şərh     Baxış: 2 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əziyyətimi kiməsə sərf etmək istəmirəm"

ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan "Cin" ləqəbli müğənni Ceyhun Zeynalov maraqlı açıqlamalar verib.

Bəstəkar-müğənni bəstəkarlığın müğənnilkdən daha çətin və önəmli olduğunu vurğulayıb:
"Bütün mahnılarımı özüm yazıram. Bu, mənə rahat deyil, çox çətin işdir. Müğənni hazır yazılan sözləri oxuyur və yazılma prosesini görmür. Xarici ölkələrdə müğənnidən çox bəstəkar tanınır, alqışlanır. Müğənnilər kimdir ki?! Müğənni  hazır olanı oxuyur və toyda pulunu qazanır. Əsas aranjmançıdır, bəstəkardır. Müğənni isə satıcıdır. Mən yazdığım mahnıları müğənnilərə vermirəm. Çünki əziyyətimi kiməsə sərf etmək istəmirəm. Özüm oxuyaram ondansa".

Daha sonra müğənni "Cin" ləqəbinin tarixini də açıqlayıb: "Məhlədən gələn ləqəbdir. Nadinc uşaq olmuşam. Həmişə qeyri-adi yerlərdən çıxmışam".

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.