Şou-biznes

Sevda futbolçu ilə: "Hələ belə şey olmamışdı" - VİDEO - FOTO

1 Oktyabr 2016 19:04
8 Şərh     Baxış: 9 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Sevda Yahyayeva yeni klipini təqdim edib. 

Axşam.az-ın məlumatına görə, "Milli mətbəximiz" adlı mahnıya çəkilmiş klipdə Sevdanın tərəf-müqabili Azərbaycan futbol yığmasının üzvü Ruslan Abışovdur. 

Tədbirdə çıxış edən Sevda təəssüratlarını qonaqlarla bölüşüb:

"Bu mahnı özbək musiqisidir. Sözlərini Leyli Erol yenidən yazıb. Dünya ulduzları belə layihələr edirlər, idmançılarla bir araya gəlirlər. Bizdə hələ belə şey olmamışdı, onu da mən elədim. Mahnının aranjmanı Cavid Cavadoğluna aiddir. Rejissor Anar Hüseynovun hazırladığı klipin hər kəs tərəfindən seviləcəyinə inanıram. Klipdə məqsədimiz Azərbaycan mətbəxini təqdim etməkdir. Ruslanla işləmək çox asan və xoşdur. Onunla illərin dostuyuq".

R.Abışov isə S.Yahyayevadan başqa heç bir müğənni ilə tərəf-müqabili olmayacağını bildirib.

Xatırladaq ki, R.Abışov 5 il əvvəl S.Yahyayevanın "Gecdir daha" mahnısının klipində də yer almışdı.

Videonu izləmək üçün şəklə klikləyin:
Sevda futbolçu ilə:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.