Şou-biznes

Zaur Kamal: "Müğənnilər bütün günü mənə zəng edirlər..."

1 Oktyabr 2016 13:38
28 Şərh     Baxış: 8 402
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Primetime.az xəbər verir ki, ötən gün tanınmış aparıcı Zaur Kamalın təqdimatında yayımlanan, Xəzər TV-nin ən baxımlı verilişlərindən olan "5-də 5"in həftə sonu buraxılışı baş tutub.  Canlı ifalar, səs-küylü açıqlamalar, məşhurlardan ən maraqlı və qaynar xəbərlər efiri daha da baxımlı edib.

Proqramın qonaqları əməkdar artist Gövhər Rzayeva, nağara ifaçısı Gülağa Quliyev, aşıq Zülfiyyə və uzun zamandır efirlərdə görünməyən Zahidə Günəş olublar. Efirin çox hissəsi canlı ifalara həsr olunub. Verilişin yaddaqalan anlarından biri də Zaur Kamalın Zahidə Günəşdən efirlərdə görünməməsinin səbəbini soruşması olub:

"Çağırmasaq, bir dəfə də zəng etməzsən ki, Zaur, məni efirə çağır. Bəzi müğənnilər var ki, bütün günü mobil telefonuma zəng edirlər. Efirlərə çıxmaq istəmirsiniz?"

Zahidə Günəş də cavabında: "Nə bilim, zəng etməyi özümə sığışdıra bilmirəm. Ona görə bütün gün evdəyəm də (gülür)".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.