Şou-biznes

Manaf Ağayev: "Adımı niyə Akif Çovdarovla hallandırırlar?!"

30 Sentyabr 2016 16:09
2 Şərh     Baxış: 4 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş kimi tanınan "Real MTK"-nın təsisçisi və rəhbəri İlham Qasımovun məhkəməsinə Manaf Ağayevin çağırılacağı ilə bağlı yazılanlara müğənni cavab verib.  

Milli.Az xəbər verir ki, Manaf Ağayev lent.az-a açıqlamasında məsələyə bu cür aydınlıq gətirib: "Mən dostum İlham Qasımovun işinə görə məhkəməyə dəvət olunmuşam. Bir çoxlarına bəllidir ki, bu məhkəmə Gülağa Tənha ilə İlham Qasımovun məhkəməsidir. Yəni Akif Covdarovla bağlı deyil. Niyə mənim adımı mediada Akif Covdarovla birgə çəkdiklərini isə heç anlaya bilmirəm. Məni İlham Qasımova görə üç dəfə məhkəməyə dəvət ediblər, amma dindirilməmişəm. Axırıncı dəfə məhkəməyə getdik, söylədilər ki, oktyabrın 7-nə qaldı. Həmin gün yenidən gedəcəyəm. Mediadan çox xahiş edirəm ki, xəbəri yazmazdan əvvəl mənimlə əlaqə saxlasınlar". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.