Şou-biznes

Aşıq Namiq: "Ailə qurub, ata olmaq istəyirəm" - FOTO

30 Sentyabr 2016 10:10
4 Şərh     Baxış: 3 100
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda əsas məqsədim aşıq sənətini daha da yüksəklərə qaldırmaqdır. Bunun üçün əlimdən gələni edirəm. Yeni yaşımda digər arzum da ailə qurub, ata olmaqdır.

Milli.Az xəbər verir ki, bu sözləri bu gün 34 yaşını qeyd edən aşıq Namiq Fərhadoğlu deyib:

"Bu gün yeni yaşa qədəm qoyuram. İlk təbrik edən sənətşünas alim Elxan Məmmədli olub. O, "Köklə sazı" layihəsinin ilk buraxılışında ürək sözlərini çatdırdı. Sonra ailə üzvlərim, tələbələrim və dostlarım təbrik etdi. Gecədən zənglərin, təbrik mesajlarının ardı-arası kəsilmir. Hər il doğum günümü təmtəraqlı qeyd edirəm, 400-500 qonağı olur.

Bu il buna gərək görmədim. 35 yaşımı samballı keçirəcəyəm. Heydər Əliyev Sarayında, ya da Azərbaycan Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış etmək istəyirəm. Cavan olmağıma baxmayaraq çoxlu işlər görmüşəm.

Daim aşıq sənətinin inkişafı üçün çalışmışam. Hazırda da missiyamı yerinə yetirirəm. Dünən layihə rəhbəri olduğum "Köklə sazı-3"-ün ilk buraxılışı efirə getdi. Layihədən sonra dostlarla bir araya gəlib kiçik məclis keçirdik. Özümlə, sənətimlə bağlı arzularım çoxdu. Özümə xoşbəxtlik və can sağlığı arzulayıram. Önümüzdəki ilə evlənib, ata olmaq istəyirəm. Ən böyük arzularımdan biri valideyn olmaqdır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.