Şou-biznes

Aynur ABŞ-a niyə gedib? - Açıqlama

29 Sentyabr 2016 12:07
5 Şərh     Baxış: 4 122
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aynur Talıbova Azərbaycandan köçməyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Teleaparıcı qafqazinfo-ya açıqlamasında ABŞ-a təhsil almaq üçün yollandığını qeyd edib:

"ABŞ-a oxumağa gəlmişik. Bəlli bir karyeradan sonra hiss edirsən ki, inkişaf etmirsən, dirənmisən. O zaman bataqlığa saplanmış kimi duyğu hakim olur, nəfəsin kəsilir. Karyerada irəliləmək, arzusunda olduğun layihələri gerçəkləşdirə bilməmək, tükənmişlik sindromuna yaxalanmaq bərbad bir duyğudur.

Aliləlikcə buradayıq, hamımız təhsil alacağıq. Məsələ oxumaq deyil. Sevib bəyəndiyin işi təhsillə bərkidib daha çox özünü realizə edərkən bunun maddi qarşılığına da nail olmaqdır. Müəyyən yaşdan sonra belə bir radikal qərar vermək çətindir, amma mümkündür. Oxumaq və həyatda alternativlər axtarmaq heç vaxt gec deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.