Şou-biznes

Qayınanası "Toppuş bacı" haqda: "Mənimlə "sizlə" danışır"

28 Sentyabr 2016 17:59
33 Şərh     Baxış: 6 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qayınanası Sevinc xanım əməkdar artist Tünzalə Əliyevanın ünvanına təriflər yağdırıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Sevinc xanım "10-dan sonra" verilişinə zəng edərək, bunları deyib:

"Biz gəlin-qayınana yox, ana-bala, dostuq. Tünzalə yaxşı gəlindir. O, mənimlə "sizlə" danışır. İnanmazsınız, bizim aramızda heç vaxt inciklik olmayıb".

"Toppuş bacı" ləqəbli aktrisa da qayınata və qayınanasından söz açıb:

"Qayınanam ürkək qadındır. Əllərindən öpüləcək biridir. Nə olsun ki, tanınmışam, kənddə hamı bilir kimin gəliniyəm. Ora gedəndə bir dəfə şalvar geyinməmişəm. Həmişə geyimimə fikir verirəm, hörmətim də yaxşı olub. Kəndin ab-havasına uyğunlaşıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.