Şou-biznes

Xalq artisti: "70 yaşımda həyat yoldaşımla öpüşdük"

28 Sentyabr 2016 11:26
6 Şərh     Baxış: 4 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlum olduğu kimi, xalq artisti Səməd Səmədovun sentyabrın 17-də 70 yaşı tamam oldu. Lakin sənətçinin yubileyi ilə bağlı heç bir tədbir keçirilmədi. 

Bəs xalq artisti doğum gününün təntənəli şəkildə keçirilməməsindən narazıdırmı?

Bununla bağlı aznews.az-a danışan Səməd Səmədov bu məsələlərə pozitiv yanaşdığını deyib: "Dövlət mənim səhnədə fəal fəaliyyət göstərdiyimi görür. Elə bilirlər, cavan oğlanam. Hamıya təəccüblü gəlir ki, doğrudan Səmədin 70 yaşı var? Çoxu bilmir bunu. Hara gedirəm, o saat camaatı qaldırıb pozitiv ab-hava yaradıram. İnanmırlar ki, mənim 70 yaşım var. Ona görə də mənim bir narazılığım yoxdur".

70 illik yubileyini dostları ilə bir arada qeyd edən sənətkar gecənin sürprizlərindən də danışıb: "Yubileyimdə həyat yoldaşımla opüşdük. Gələn il evliliyimizin 40 ili tamam olacaq. 50 illiyimizi, yəni "Qızıl toy"umuzu təmtəraqlı şəkildə qeyd edəcəyəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.