Şou-biznes

"Atamın göz yaşları çılpaq çiyinlərimə töküldü" - VİDEO - FOTO

27 Sentyabr 2016 16:05
10 Şərh     Baxış: 10 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan məşhur müğənni Roza Zərgərli maraqlı açıqlamalar verib.

Tanınmış müğənni yazdığı kitab haqda çəkdirdiyi videoçarxın birmənalı qarşılanmadığını bildirib:

"İndi deyəcəyim şeyləri kim necə yozursa-yozsun. Bəziləri bu kitabın tanıtım videoşarxını erotik saydılar. Çünki bu insanların erotikadan, ekzotikadan, sənətdən anlayışları yoxdur. Orada bir söz var ki, "onun göz yaşları mənim çılpaq çiyinlərimə tökülürdü". Onlar bunu yozdular. Amma kitabı oxusalar, bilərlər ki, atamın göz yaşlarıdır o. Kitabda hər şeyi vurğulamışam. Amma hər kəs bunu erotik məcraya yozdu". 

Sevilən ifaçı yaşadığı çətinliklərdən danışıb:

"Axı biz niyə hər şeyə düzgün yanaşmırıq? Videoçarxın sonunda dediyim "qarşımda başqa dünyanın qapıları açıldı" ifadəsi sənətimdir. Həmin qapılar sənətimə açıldı. Çox incidildim, çox döyüldüm, işgəncələrə məruz qaldım. Ağlamağı bacarmayan insanam, amma çox ağladım. Bu kitabım gənc qadınlara aiddir. Mənim səhvlərimin üzərində düzgün istiqamətdə zəif olan qadınları püxtələşdirməkdir".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Roza Zərgərli:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.