Şou-biznes

Bakının diskotekası, Şəbnəmlə Samiraldonun hamiləliyi, Elzanın sinəsi və "kraliça" Tünzalə - HƏFTƏBECƏR

26 Sentyabr 2016 09:15
17 Şərh     Baxış: 8 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (94-cü say) təqdim edir.

Digər xəbərlərə keçməzdən əvvəl Bakının işıq məsələsinə cavabdeh olan şəxslərə Qulpqoyan dayının salamlarını çatdırmaq istəyirəm. Mənə dedi ki, salamlarımı yaz, mən də yazdım. O salamın içində başqa nələr var idi, özü bilir. Deyir, dünəndən evimizdə özümüzü diskotekadakı kimi hiss edirik. Yandırırlar, söndürürlər, söndürüb, təzədən yandırırlar.

Axı bu işığı söndürənlər niyə düşünmür ki, şəhərdə qadın var, uşaq var, qoca var, hamilə var. Samiraldo o gün deyib ki, beş aylıq hamiləyəm. İndi kişinin oğlunun-qızının hamiləliyi pozulsaydı, bəs onda kim cavab verəcəkdi? Qaranlıqda birdən qorxdu, vəssalam da.

Mən hələ Şəbnəm Tovuzludan danışmıram. Şəbnəmin məsələsi bir az da qəlizdi, əslində. Bu dəqiqə hamı uşağın dədəsinin kim olmasıyla maraqlanır. Biri deyir ki, ağcabədilidir, biri deyir ki, Beyləqanda 90 minlik tualeti tikdirən biznesmendi. Şəbnəm özü açıqlama verib. Sən demə, uşaq elə Şəbnəmin öz əmisi oğlu hacı Rafiqdəndi. Sağ ol, həciii. Məni qınamayın, son vaxtlar əmioğlu sözünü eşidən kimi o məşhur "sür, əmioğlu, sür" videosu düşür yadıma. Media nümayəndələrindən də xahiş edirəm ki, 5-6 ay səbrli olsunlar. Uşaq doğulsun, adını qoysunlar, ondan sonra nə yazırsınız, özünüz bilərsiniz. Hamilə adam haqda belə şeylər yazmayın. O gün Maştağada bir tədbir olub, Şəbnəm də gedibmiş. Ürəyi bulanıb, halı pisləşib. Yazmoon belə şeylər, bir hadisə olar, sonra özünüzü bağışlamazsınız.

Gedin yazın Elzadan, Rəqsanədən, Röyadan. İki gündür saytlar yazır ki, Röya efirə sərxoş çıxıb. Nöşün ki, gah canlı yayımda oraları təpiklədi, gah özünü sərxoş kimi apardı. Açıqlamasını oxuyuram. Deyib ki, orada sərxoş və tənha obrazından idim. Allah bomj obrazından qorusun.
Səməd Səmədova salamlarımı göndərirəm. Çünki haqqında nə yazmaq lazımdırsa, hamısını Əli Mirəliyev deyib. 

Tahir İmanov həyat yoldaşıyla film təqdimatına gəlib. Həyat yoldaşı da hamilədir. Əməkdar artist jurnalistlərə deyib ki, çəkməyin fotolarını, olmaz. Həngamə işdir, mən ölüm. Əgər bu xanımı neçə yüz adam görürsə, fotodan da bir o qədər adam görsə, nə dəyişir ki? Guya fotodan baxmaq ayıbdı, canlı baxanda müstəhəbdi? 

Elza bütün dişlərini qızıldan qayırtdıracaq. Çünki milliliyə bağlı adamdır. Deyib ki, heç vaxt ənənəmizə zidd olan heç nə geyinmirəm. Mən ənənəşünas deyiləm. Amma elə indicə Elzanın adını yazıb axtarışa verdim. Qabağıma bir fotosu çıxdı. Durumu şişirtmədən belə izah etmək olar. Elzanın əynindəki koftanın sinə hissəsində, sanki, qumbara partladıblar. Yaxşı ki, xoşbəxtlikdən özünə bir şey olmayıb.

Rəqsanə də anasının məsləhətiylə Elzanın atmacasını cavabsız qoyub. Ağbirçək belə olar. Rəqsanənin ağbirçəyinə bravo! Siz də neçə il əvvəl bu ağbirçəyin adını qadın alverində hallandırırdınız. Ayıb olsun!

Tünzalə Ağayeva deyib ki, bir bacarığım var: hitdən başqa heç nə yaza bilmirəm. Doğrudan da, düz deyir. O, hitdən başqa heç nə yaza bilmir. İntəhası, 3-4 aydan sonra məlum olur ki, o hiti hit eləyən yeri hansısa xarici manısdan çırpışdırmadı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.